Heydər Əliyev Fondu yeni məktəblər ucaldır
Ağdaş
2006-2007-ci dərs ilində Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Pirkəkə kəndində 200 şagird yeri olan yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Məktəb binasını Azəraqrortikinti Səhmdar Cəmiyyətinin Ağdaş filialı inşa etmişdir. Yeni məktəb binası 14 sinif otağından ibarətdir. Məktəbi elektrik enerjisi ilə təmin etmək məqsədilə 169 kilovat gücündə transformator quraşdırılmışdır. Burada hər cür şəraiti olan idman meydançası yaradılmış, məktəbin həyətində gül-çiçək bağçası salınmışdır.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə M.Şeyxzadə adına şəhər internat əsas məktəbi əsaslı şəkildə təmir edilmiş, məktəbin istiliklə təmin olunması üçün qazanxana quraşdırılmış, müasir tələblərə cavab verən yeni idman zalı tikilib şagirdlərin istifadəsinə verilmişdir.
Göyçay
2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçay rayonundakı Bəydövül kənd orta məktəbi üçün 200 yerlik, 2006-cı ildə isə Kürdşaban kənd orta məktəbi üçün 240 yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, hər iki məktəb binası müasir avadanlıqlarla təchiz edilmişdir.
2007-ci ildə isə Göyçaydakı internat orta məktəbində əsaslı təmir işlərinə başlanmışdır.
Gəncə
Son illər Gəncə şəhərində Hey-dər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə muzeyi, Cavad xanın məzarı üzərində məqbərə, Comərdi Qəssab türbəsi, Böyük Bağbanlar məhəllə məscidi inşa olunmuş, Gəncə uşaq evinə avtobus, 45 nömrəli yardımçı məktəbə "QAZ"-el markalı mikroavtobus və beş əlil arabası alınıb verilmişdir.
Oğuz
Oğuz rayonunda təkcə 2005-ci ildə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Xalxal və Zərrab kəndlərinin hər birində 100 yerlik, Muxas kəndində 200 yerlik və Oğuz şəhərində 240 yerlik yeni məktəb binalarının tikilib istifadəyə verilməsi və onların müasir avadanlıqlarla təchiz olunması rayonda təhsilin maddi-texniki bazasını xeyli yaxşılaşdırmış, ikinövbəliliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bu tikililərin hesabına 2005-2006-cı dərs ilində bir məktəbin tipi dəyişdirilmiş, bir yeni məktəb təşkil olunmuşdur.
2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Böyük Söyüdlü kəndində 240, Qarabulaq kəndində isə 200 yerlik yeni məktəb binalarının inşası planlaşdırılmış, tikinti üçün torpaq sahələri ayrılmış, layihə-smeta sənədləri hazırlanmışdır.
Hacıqabul
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Hacıqabul-da smeta dəyəri 1 milyon manat olan 640 yerlik yeni məktəbin inşası uğurla davam etdirilir. Podratçı "Mingəçevir Tikinti-L" Məhdud Məsuliyyətli Cəmiyyəti 150 min manatlıq iş görmüş, bünövrə tökülmüş, hörgüyə başlanmışdır.
Geniş sinif otaqları, kompüter və fənn kabinetləri, laboratoriyalar, tibb məntəqəsi, idman zalı, yemək-xana, istixana, nasosxana, yardımçı elektrik stansiyasına malik müasir tipli bu təhsil kompleksinin növbəti dərs ilinədək istifadəyə veril-məsi nəzərdə tutulur.
Yevlax
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Yevlax rayonunun Hacıselli kəndində 200 yerlik, Kəmərli kəndində 100 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.
Bundan əlavə, şəhərin 1 nömrəli və 6 nömrəli orta məktəblərində əlavə sinif otaqları, Yuxarı Qarxun kəndində 360 yerlik yeni məktəb binası inşa olunmuş, şəhər məktəbləri Aran qəsəbəsindəki 1 nömrəli orta məktəb və 1 nömrəli uşaq bağçası - körpələr evi əsaslı təmir edilmişdir.
Azərbaycan müəllimi.- 2007.- 16 fevral.- № 6.- S. 1
