Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Məktəblilər üçün simfonik konsert


Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Bakı Kamera və Orqan Musiqi salonunda paytaxtın uşaq musiqi məktəbləri üçün növbəti konsert təşkil etmişdir.

Konsertin əvvəlində filarmoniyanın direktor müavini Zəhra Quliyeva iştirakçıları salamlamış, klassik əsərlərin proqramı və əhəmiyyəti haqqında məlumat vermişdir.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında İohan Ştrausun, Ernest Şossonun, İohannes Bramsın, Cakomo Puççininin, Pyetro Leonkovallonun əsərləri səslənmişdir.

Simfonik orkestrin və gənc skripkaçı, Bakı Musiqi Akademiyasının məzunu, “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun prezidenti Mehriban xanım Əliyevanın köməyi ilə Almaniyanın Essen şəhərindəki Folkvvang Ali Məktəbində təhsil alan Oqtay Zeynalovun çıxışı tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.


AzərTAc
2004, 10 mart