Çap etmək   ⁞     ⁞   Millət vəkili

Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasi kursuna, sabitliyə, əmin-amanlığa, dinamik inkişafa “hə” dedi

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva səsvermədə iştirak etmişdir


Noyabrın 6-da müstəqil Azərbaycan özünün siyasi həyatının tarixi günlərindən birini yaşamışdır.

Respublikamızın vətəndaşları ölkəmizin demokratiya yolu ilə irəliləməsində, demokratik vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli hadisə olan parlament seçkilərində fəallıqla iştirak etmişlər. Həmin gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 24 saylı seçki məntəqəsində səs vermişdir.


AzərTAc
2005, 6 noyabr