Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Helsinkidə İncəsənət muzeyi ilə tanış olmuşdur
AzərTAc xəbər verir ki, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Finlandiyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Finlandiya Prezidentinin həyat yoldaşı Pentti Arayarvinin müşayiəti ilə Helsinkidəki incəsənət muzeyində olmuşdur.
Muzeylə tanışlıq zamanı Mehriban xanıma məlumat verildi ki, ekspozisiya çox zəngindir. Burada müxtəlif dövrlərdə Finlandiyada yaşayıb-yaradan fırça ustalarının ayrı-ayrı cərəyanları əks etdirən rəsm əsərləri nümayiş etdirilir. Ekspozisiyada Finlandiyanın füsunkar təbiətinin təsvir olunduğu əsərlər daha çoxdur.
Mehriban xanım Əliyevaya muzeydə saxlanılan əsərlər barədə xatirə albomu təqdim olundu.
AzərTAc
2008. 29 may