Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycanın təhsil naziri UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak edir


Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Konfransının 37-ci sessiyasında iştirak edir.

Təhsil Nazirliyindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində M.Cabbarov noyabrın 8-də sessiyada çıxış edərək Azərbaycan-UNESCO əlaqələrinin əhəmiyyətindən danışmış və ölkəmiz ilə UNESCO arasında imzalanmış “Təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Saziş”inin münasibətlərimizin genişlənməsinə böyük töhfə verdiyini qeyd etmişdir.

M.Cabbarov Azərbaycan-UNESCO əməkdaşlığının hazırkı inkişaf mərhələsinə çatmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulamışdır.

Səfər çərçivəsində M.Cabbarov Türkiyənin milli təhsil naziri Nəbi Avcı və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirmişdir.

UNESCO Baş Konfransının 37-ci sessiyasında qeyd edilən təşkilatın Təhsil Komitəsində məruzə Azərbaycan Respublikasına həvalə olunmuşdur.


Azərbaycan.- 2013.- 9 noyabr.- № 248.- S. 4.