Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatalada daha bir məktəb binası tikilir


Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsi çərçivəsində Zaqatala rayonunun Qandax kəndində 240 yerlik məktəb binasının tikintisinə başlanmışdır.

Rayon təhsil şöbəsindən bildirmişlər ki, kənd məktəbinin köhnə binası keçən əsrin 30-cu illərində inşa edilmişdi. Bina uzun illər istismarda olduğundan istifadəyə yararsız vəziyyətdə idi.

Xüsusi layihə əsasında yüksək standartlara uyğun inşa edilən yeni bina müasir avadanlıq və istilik sistemi ilə təchiz olunacaqdır.

İnşaatçılar binanı ilin sonunadək təhvil verməyi planlaşdırırlar.


Respublika.- 2006.- 2 avqust.- № 170.- S. 3.