Çap etmək   ⁞     ⁞   Millət vəkili

Seçicilərin 62 faizi Mehriban Əliyevanı dəstəkləyir


"İmic" Sosioloji Sorğu və Analitik İnformasiya Mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələrinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva deputatlığa ən şanslı namizəddir.

"İmic" Sosioloji Sorğu və Analitik İnformasiya Mərkəzi deputatlığa namizədlərin reytinqini müəyyənləşdirmək məqsədilə 16 dairədə seçmə metodu ilə seçicilər arasında sosioloji sorğu keçirib. Bunlar 15 saylı Əzizbəyov 2-ci, 15 saylı Yasamal 1-ci, 16 saylı Yasamal 2-ci, 20 saylı Nərimanov 2-ci, 24 saylı Nizami 1-ci, 25 saylı Nizami 2-ci, 26 saylı Sabunçu 1-ci, 33 saylı Xətai 1-ci, 45 saylı Abşeron, 46 saylı Əti Bayramlı, 49 saylı Yevlax-Mingəçevir, 52 saylı Quba, 56 saylı Xaçmaz kənd, 58 saylı Hacıqabul-Kürdəmir, 86 saylı İsmayıllı dairə seçki əraziləridir. Sorğuda hər bir dairədən 670 respondent iştirak edib. Hər bir dairə üzrə nəticə aşağıdakı kimidir:

14 saylı Əzizbəyov 2-ci dairə seçki ərazisi üzrə

1. Əliyeva Mehriban Arif qızı - 62% Qalan namizədlər - 38%

15 saylı Yasamal 1-ci DSK

1. Əhmədova Gülər Mikayıl qızı - 23,6%

2. Zeynalov Məmməd Ağa oğlu - 21,7%

3. Namazov Eldar -18,3% Qalan namizədlər - 36,4%

16 saylı Yasamal 2-ci DSK

1. Məmmədov Etibar Salidar oğlu - 23,4%

2. Məhərrəmov Abel - 21,2%

3. İmanov Nazim Müzəffər oğlu -19,5 % Qalan namizədlər - 35,9%

20 saylı Nərimanov 2-ci dairə seçki ərazisi üzrə

1. Əliyev Adil Abış oğlu - 34,5%

2. Qəmbər İsa Yunis oğlu - 20,2%

3. İsmayılov Aslan Ziyəddin oğlu -17,3% Qalan namizədlər - 28%

24 saylı Nizami 1-ci dairə seçki ərazisi üzrə

1. Abdullayev Rövnəq İbrahim oğlu - 35,5%

2. İbadov Rza Aydın oğlu -17,3 % Qalan namizədlər - 47,2%

25 saylı Nizami 2-ci DSK

1. Abdullayev Hüseyn Abbas oğlu - 35%

2. Məmmədov Qurban Cəlal oğlu -11,6%

3. Əhmədov Ağa-Əli Əlövsət oğlu -10% Qalan namizədlər - 43,4%

26 saylı Sabunçu 1-ci dairə seçki ərazisi üzrə

1. Mustafayev Fazil Qəzənfər oğlu - 29,2%

2. Quliyev Aydın Alqulu oğlu - 28,8% Qalan namizədlər - 42%

33 saylı Xətai 1-ci dairə seçki ərazisi üzrə

1. Mirələmov Hüseynbala Fazil oğlu - 29,9%

2. Məmmədli Zəlimxan Adil oğlu - 25% Qalan namizədlər - 45,1%

46 saylı Əli Bayramlı dairə seçki ərazisi üzrə

1. Əliyev Yunus İsaxan oğlu - 35,8%

2. Quliyev Azay Əjdər oğlu - 16,6 % Qalan namizədlər - 47,6%

45 saylı Abşeron DSK

1. Əsədov Oqtay Sabir oğlu - 21,6%

2. Fəttayev Mirmahmud Mirəli oğlu -12,2 % Qalan namizədlər - 66,2%

49 saylı Yevlax-Mingəçevir DSK

1. Hüseynov Əli Məhəmməd oğlu - 31%

2. Quliyev Eldəniz Cümşüd oğlu - 18 % Qalan namizədlər - 51 %

52 saylı Quba DSK

1. Qədimbəyli Yusif Qafar oğlu - 29,4%

2. Əhmədov Vahid Qazməmməd oğlu - 27,1% Qalan namizədlər - 43,5%

56 saylı Xaçmaz kənd DSK

1. Xudiyev Nizami Manaf oğlu -19,1%

2. Aslanova Reyhan Baba qızı - 17%

3. Həsrətov Azər Hacıqabul oğlu -14,4% Qalan namizədlər - 50,5%

58 saylı Hacıqabul-Kürdəmir DSK

1. Hüseynov Rafael Baba oğlu -19%

2. Hüseynov Əlibala Heybət oğlu - 16,5%

3. Qayıbov İsmayıl İsmət oğlu - 13,2% Qalan namizədlər - 51,5%

86 saylı İsmayıllı DSK

1. Şərifli Rasim Cəfər oğlu -17,6%

2. Mehman Cavadoğlu -14,2% Qalan namizədlər - 68,2%

"İmic" Sosioloji Sorğu və Analitik İnformasiya Mərkəzinin keçirdiyi sosioloji sorğunun nəticələri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın deputatlığa ən şanslı namizəd olduğunu təsdiqləyir. Mehriban Əliyeva sorğunun əhatə etdiyi 16 seçki dairəsi üzrə seçicilərin mütləq əksəriyyətinin - 62 faizinin rəğbətini qazanan yeganə namizəddir. Bu, Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı sədri kimi həyata keçirdiyi tədbirlərin, ehtiyacı olanlara, kimsəsiz uşaqlara. təhsilə, yeni nəslin tərbiyəsinə göstərdiyi böyük qayğının nəticəsidir. Mehriban Əliyevanın Azərbaycan xanımlarının lideri kimi qətiyyəti, təşəbbüskarlığı, ictimai-siyasi fəallığı, mədəniyyət, incəsənət sahəsində gördüyü böyük işlər ona olan böyük etimadı və rəğbəti daha da möhkəmlədir. Bu mənada, Mehriban Əliyevanın reytinqinə görə digər namizədləri böyük fərqlə üstələməsi təbiidir və müvafiq sorğunun nəticələri seçicilərin Mehriban Əliyevaya böyük inam bəslədiyini göstərir.


Səs.- 2005.- 1 noyabr.- № 207.- S. 7.