Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

XXI əsrin dünyəvi qadın siyasətçisi – Mehriban Əliyeva


Dünya ölkələrinin və xalqlarının, bəşəriyyətin tarixinə dərindən siyasi səyahət etdikdə tam və açıq-aydın görmək olur ki, tariximizin XXI əsrinin ilk on illiyində öz siyasi-ictimai fəaliyyəti, humanist baxışları və addımları ilə, bəşəri dəyərləri özündə cəmləşdirərək dünya xalqlarına və mədəniyyətinə yüksək intellekti, mədəniyyəti, diplomatik qabiliyyəti ilə münasibət bildirən, öz ölkəsinin ən ali siyasi kursunu - Heydər Əliyev siyasətini dünya xalqlarının maraqlarına yönəldərək dünyəviləşdirən ikinci bir qadın siyasətçiyə, ictimai xadimə rast gəlinmir. Böyük Britaniyada, Hindistanda, Pakistanda, Pribaltika respublikalarında, Finlandiyada və digər dövlətlərdə qadın dövlət və hökumət başçıları olub. 200-dən çox ölkədə həmin dövlətlərin birinci xanımları da olub və hazırda da vardır.

Çox da uzaq tarixə getməyək. Hazırda ABŞ-ın dövlət katibi olan Hillari Klinton 1992-ci ildən 2000-ci ilədək ABŞ dövlətinin birinci xanımı olub və indi də ölkənin ikinci şəxsidir. Ancaq o, Amerika və dünya xalqlarının tarixində hansı izlər qoyub?!

Özü də birinci xanım olaraq prezidentlə dünyanın səksəndən çox ölkəsində səfərdə olub. Həmin ölkələrdə hansı işlər görüb və dövlət katibi olaraq dünyada özünə hansı nüfuzu qazanıb? Demək olar ki, qazanıbsa da çox cüzi. Dünya xalqlarına o cümlədən Azərbaycana qarşı ikili standartlara, ikili münaqişələrə geniş yer verərək.

Digər qadın siyasətçilər, ictimai xadimlər, dövlət və hökumət rəhbəri olmuş xanımlar da bir o qədər xalqının, dünya xalqlarının tarixində önəmli yer tuta bilməmişlər. Ona görə ki, onlar heç vaxt bəşəriyyətin mənafelərinə xidmət edən siyasətin, siyasi kursun daşıyıcıları və təbliğatçıları olmamışlar. Onları bəşəri dəyərlər, bəşəriyyətin, dünya xalqlarının maraqları yox, öz şəxsi və dövləti maraqları düşündürüb.

Mehriban xanım Əliyeva isə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olaraq Azərbaycan dövlətinin ən ali siyasi kursunun - dünyanın, dünya xalqlarının maraqlarına xidmət edən bütün bəşəri dəyərləri özündə cəmləşdirən, beynəlmiləlçilik, humanizm, dünyada sülh əmin-amanlıq və s. ideyaların daşıyıcısı olan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi beynəlxalq aləmdə bu keyfiyyətlərinə görə daim seçilir. Günü-gündən öz səmərəli yorulmaz fəaliyyəti ilə XXI əsrin ən öncül dünyəvi qadın siyasətçisi səviyyəsinə yüksəlmişdir.

Bu yüksək zirvəni dünya miqyasında fəth edən Mehriban xanım Əliyevanın dünyəvi qadın siyasətçi olaraq tanınmasını ona verilən beynəlxalq mükafatlar, ayrı-ayrı ölkələrin prezidentlərinin dövlət və hökumət başçılarının sərəncamları, verilən orden və medallar bir daha təsdiq edir. Mehriban xanım Əliyeva Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xalı” ordeni ilə təltif edilib. 2005-ci ildə “İlin adamı” adına, bəşəriyyətin yüksək ideyalarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ilin 5 mayında “Heydər Əliyev mükafatına layiq görülüb.

2009-cu ildə Polşanın “xidmətlərə görə” Böyük Komandor xaç ordeni, 2010-cu ildə Fransanın “Şərəf legionu” ordeni və YUNESKO-nun “Qızıl Motsart” medalı ilə, “Türk dünyasına xidmət” mükafatlarına layiq görülüb.

Bütün bu mükafatlar, təltiflər, dünyanın dəstəyinə, istəyinə dərindən nail olmaq bir daha təsdiq və sübut edir ki, dünya dövlətləri və xalqları, bəşəriyyətə Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyev siyasətinin, şəxsiyyətinin və bu siyasətin davamı olaraq prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursuna, dünyanın verdiyi qiymətə böyük hörmət bəsləyirlər. Bütün bunlar Heydər Əliyev siyasətinin, onun şəxsiyyətinin dünyəvi olmasını, dünyada bənzərsiz siyasi xadim olmasını, bəşəriyyətin maraqlarına xidmət etməsini təsdiq edir.

Mehriban xanım Əliyeva bu əvəzsiz dünyəvi xidmətlərinə və yorulmaz məqsədyönlü fəaliyyətinə görə dünya dövlətlərinin və xalqlarının tarixinə XXI əsrin ən öncül, humanist, beynəlmiləlçi dünyəvi bənzərsiz qadın siyasətçi olaraq daxil olmuşdur.

Daha doğru olar ki, dünya miqyasında bu yüksək zirvəyə yüksəlmiş və bu zirvəni məharətlə, bacarıqla, siyasi savadı, biliyi, diplomatik qabiliyyəti ilə, Heydər Əliyev siyasətinə, xidməti ilə, bəşəri dəyərləri özündə cəmləşdirməsi ilə xalqımızın milli maraqlarına dövlət maraqlarımıza xidməti ilə fəth etmiş Mehriban xanım Əliyevaya, Milli Qəhrəman adı verilsin. Bu yüksək ad Mehriban xanımın mükafatları, təltifləri sırasına daxil edilsin.

Mehriban xanımın bu adı tezliklə daşıması bəşəriyyətin, dünya xalqlarının türk dünyasının, xalqımızın böyük sevincinə səbəb olardı.


Dəmir Qurbanlı

Azad Azərbaycan.- 2012.- 16 oktyabr.- № 153.- S. 4.