Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Bakıda beynəlxalq musiqi festivalı keçiriləcəkdır


AZƏRTAC xəbər verir ki, oktyabrın 4-dən 7-dək Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm və Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə “Qızıl payız” beynəlxalq musiqi festivalı keçiriçəkdir.

Festivalın ictimaiyyətlə əlaqələr qrupunun rəhbəri Rövşən Sənanoğlu bildirmişdir ki, beynəlxalq musiqi tədbirində 6 ölkənin - Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Latviya və İngiltərənin vokal qrupları iştirak edəcəklər. Ölkəmizi festivalda əvvəllər “Bəri bax”, hazırda isə “Qaya” adlanan vokal qrup təmsil edəcəkdir.

“Qızıl payız” festivalı M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Teatr Xadimləri İttifaqının bürosunda təşkil olunacaqdır.

R. Sənanoğlu bildirmişdir ki, KİV təmsilçilərinin beynəlxalq tədbiri operativ işıqlandırması üçün festival çərçivəsində sürətli internetlə təchiz olunmuş mətbuat mərkəzi də fəaliyyət göstərəcəkdir.


AZƏRTAC
2007, 30 sentyabr