Bakı-Aktau reysi üzrə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə
Dekabrın 23-də gecə Bakının Nardaran qəsəbəsi yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması xəbəri məni sarsıtdı. 23 nəfərin - 18 sərnişinin və 5 heyət üzvünün həlak olması ilə sonuclanan dəhşətli faciədə əziz insanını itirmiş hər bir ailənin ağrısını duyur, dərin hüznlə başsağlığı verir, Ulu Tanrıdan onlara dözüm diləyirəm.
Çoxsaylı insan itkisi hər birimizin qəlbini ağrıdır. Bu hadisə təkcə qəzada həlak olanların doğmaları üçün deyil, bütün xalqımız üçün kədərli xəbərdir.
Həlak olanlara Allahdan rəhmət, ailələrinə isə səbir diləyirəm!
Mehriban Əliyeva
Heydər Əliyev Fondunun Prezidenti
Xalq qəzeti.- 2005.- 25 dekabr.- № 299.- S. 3.