Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Gəncədəki Həzrəti Zeynəb məscidini ziyarət etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın qərb rayonlarına səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva oktyabrın 31-də Gəncədəki Həzrəti Zeynəb məscidini ziyarət etmişdir.
Bu müqəddəs ziyarətgah fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuşdur. Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə qazısı hacı Tahir bu xeyirxahlığa görə Mehriban Əliyevaya minnətdarlıq etdi. O, Gəncədə tarixi abidələrin, ocaqların və pirlərin təmiri və bərpasına həssaslıq göstərən dövlətimizin başçısına və xanımına uca Allahdan cansağlığı və xoşbəxtlik dilədi, belə xeyirxah işlərin heç vaxt əvəzsiz qalmayacağını və Tanrı tərəfindən mükafatlandırılacağını vurğuladı.
Mehriban xanıma müqəddəs Quran təqdim edildi.
AzərTAc
2006, 31 oktyabr