"Türk Dünyasında İlin Sevgi və Dostluq Elçisi"
141 min nəfərin qatıldığı anket sorğusunda Mehriban Əliyeva bu ada layiq görülüb
"Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal İnternet istifadəçiləri arasında keçirilən "Zirvədəkilər-2005" anket sorğusunda "İlin Biznesmeni" seçilib. Şirkətlər Qrupundan verilən məlumata görə, 141 min nəfərin qatıldığı anket sorğusunda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə "Türk Dünyasında İlin Sevgi və Dostluq Elçisi" seçilib. Bundan başqa, “Türk Dünyasına Xidmət” mükafatına Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl layiq görülüb.
Səs.- 2006.- 9 fevral.- № 23.- S. 6.
