Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblər tikilir


Lənkəran rayonunun Liman şəhərində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının 2-ci mərhələsi çərçivəsində 40 sinif otağından ibarət 800 yerlik yeni məktəbin tikintisinə başlanmışdır.

Yeni təhsil ocağının tikintisinə yerli inşaatçılar cəlb olunmuşlar. Məktəb binası növbəti tədris ilində istifadəyə veriləcəkdir.

* * *

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramının ikinci mərhələsi çərçivəsində bu il Xaçmaz rayonunun Qadaşoba kənd əsas məktəbi üçün 200 şagird yeri olan yeni bina tikiləcəkdir.

Xatırladaq ki, 2005-ci ildə proqram çərçivəsində rayonun Müşkür kənd orta məktəbi üçün 200, Sayad kənd orta və Maqsud-kənd kənd əsas məktəbi üçün isə hər biri 100 şagird yeri olan binalar inşa edilmişdir.


Xalq qəzeti.- 2006.- 11 iyul.- № 152.- S. 7.