Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Sloveniya Milli Qalereyasında olmuşdur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva avqustun 28-də Lyublyana şəhərində Sloveniya Milli Qalereyası ilə tanış olmuşdur.

Sloveniya xarici işlər nazirinin xanımı Maryetitsa Anna Rudolf Rupel və qalereyanın əməkdaşları Mehriban xanıma Sloveniya rəssamlıq məktəbinə aid qədim incəsənət nümunələrindən ibarət ekspozisiya barədə ətraflı məlumat verdilər.

Mehriban Əliyeva yadigar olaraq qalereyaya xatirə hədiyyəsi təqdim etdi.

Həmin gün Sloveniya xarici işlər nazirinin xanımı Maryetitsa Anna Rudolf Rupel tərəfindən Mehriban xanım Əliyevanın şərəfinə nahar verildi.


AzərTAc
2006, 28 avqust