Azərbaycan və Cənubi Koreya prezidentlərinin xanımlarının görüşü
Aprelin 23-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Koreya Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Koreya Respublikasının birinci xanımı Kvon Yanq Suk ilə görüşmüşdür.
Görüşdən sonra birinci xanımlar paytaxtı gəzdilər.
AzərTAc
2007, 23 aprel