Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO-Azərbaycan: əməkdaşlıq uğurla davam edir


Mehriban xanım Əliyeva xoşməramlı səfir kimi fəaliyyətə başlayandan sonra Azərbaycanda mədəni irsin qorunmasında böyük işlər görülüb.

Məlum olduğu kimi, avqustun 23-də YUNESKO-nun baş direktoru Kolşiro Matsuura ölkəmizin birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəvəti ilə Azərbaycana gəlmişdi. Qeyd edək ki, bu, K. Matsuuranın ölkəmizə ikinci səfəri idi. Artıq YUNESKO-nun baş direktorunun və onunla birgə ölkəmizə təşrif buyuran xoşməramlı səfirlərin səfəri başa çatıb. Sözsüz ki, belə bir mötəbər qurumun nümayəndələrinin ölkəmizə səfəri olduqca əlamətdar bir hadisə idi. Ya bu hadisəni cəmiyyətimizdə ayrı-ayrı sahələrdə yeni nailiyyətlərə, uğurlara təkanverici amil kimi də dəyərləndirmək olar.

Öncə qeyd edək ki, səfər müddətində YUNESKO-nun baş direktoru YUNESKO ilə Azərbaycan arasında münasibətlərin və əməkdaşlığın indiki səviyyəsindən məmnun olduğunu xüsusilə vurğulayıb və son illər ərzində bu münasibətlərin xeyli inkişaf etdiyini dilə gətirib. Bu istiqamətdə bir çox müsbət dəyişikliklərin baş verdiyini deyən cənab Matsuura ölkəmizin birinci xanımı Mehriban Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri qismində fəaliyyətə başlamasını yüksək dəyərləndirib. O bildirib ki, Mehriban xanım fəaliyyətə başlayandan sonra Azərbaycanda qeyri-maddi mədəni irsin qorunmasında böyük işlər görülüb. Belə ki, Mehriban xanım xoşməramlı səfir kimi YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması işinin təşkil olunması sahəsində çox fəal çalışır. Bunun nəticəsidir ki, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı da "Dünya qeyri-maddi mədəni irs siyahısı"na daxil edilib və artıq mədəni dəyər kimi beynəlxalq səviyyədə qorunur.

Cənab Matsuura maddi-mədəni irsin qorunması sahəsində də əməkdaşlığın uğurla davam etdirildiyini və Bakının mərkəzi hissəsi - İçərişəhərin də həmin maddi-mədəni irs siyahısına daxil edildiyini qeyd edib.

Xatırladaq ki, səfər çərçivəsində baş direktor Heydər Əliyev Fondunda olub, Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak edib, şəhərimizin bir sıra tarixi-memarlıq abidələri ilə tanış olub.

Heydər Əliyev Fondunda olarkən YUNESKO-nun baş direktoru, onu müşayiət edən nümayəndə heyətinin üzvləri əvvəlcə Fondun sərgi və ekspozisiyası ilə tanış olublar. Fondun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə cənab Koişiro Matsuura və nümayəndə heyətinin üzvləri arasında keçirilən görüş zamanı Mehriban xanım da Azərbaycanla YUNESKO arasında həmişə sıx əməkdaşlıq olduğunu vurğulayıb və son zamanlar bu əməkdaşlığın sürətlə inkişaf etdiyini - bildirib. O ümidvar olduğunu bildirib ki, indiki səfər YUNESKO ilə Azərbaycan arasındakı əməkdaşlığa təkan verəcək.

Mehriban xanım qonaqlara Fondun birillik fəaliyyəti dövründə gördüyü işlər barədə məlumat verərək bu görüşdən sonra Fondun YUNESKO kimi çox nüfuzlu beynəlxalq təşkilatla birlikdə bir sıra irimiqyaslı layihələr həyata keçirəcəyinə ümidvar olduğunu dilə gətirib.

Həmin görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb, səfər çərçivəsində həmçinin "Gülüstan" sarayında "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfrans keçirilib.

Konfransı açan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva konfransın Azərbaycan təhsilinin inkişafına öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib.

Konfransda Mehriban xanım cənab baş direktorla birlikdə Azərbaycana təşrif buyuran YUNESKO-nun məsul işçiləri və ekspertlərinin ölkəmizdə məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələri işləyib-hazırladıqlarını nəzərə çatdıraraq onların diqqətini bir daha bu məsələlərə yönəldib.

Fondun Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan təhsilinin dünya təhsil məkanına daxil olması prosesində səfirlər öz köməyini göstərəcəkdir.

Konfransda "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi barədə ayrıca danışan Mehriban xanım bu layihədə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin bir çox strukturlarının da iştirak etdiyini deyib: "Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində təkcə bu il ərzində ölkəmizin müxtəlif regionlarında 132 məktəbin inşası və lazımi avadanlıqlarla təchiz olunması nəzərdə tutulub. Bütün bunlar isə deməyə imkan verir ki, biz milli təhsilimizin inkişaf istiqaməti düzgündür və böyük uğurlarımız var".

Tədbirdə ən ağır problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Mehriban xanım ölkəmizdə 1 milyona yaxın qaçqın və məcburi köçkünün və torpaqlarımızın 20 faizinin işğal altında olduğunu diqqətə çatdırıb. Məcburi köçkünlərin təhsilinin təşkili ilə bağlı ölkəmizdə nadir təcrübə qazanıldığını deyən Fondun prezidenti işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunun qorunub-saxlandığını, həmçinin müəllim kollektivlərinin saxlandığını nəzərə çatdırıb. Bununla belə Mehriban xanım torpaqlarımızın azad olunmasını və bu məktəblərin öz doğma yerlərinə qayıtmasını, fəaliyyətlərini normal şəraitdə davam etdirmələrini arzulayıb. Fondun rəhbəri həmçinin YUNESKO ilə birlikdə hazırlanan yeni proqramların məcburi köçkün və qaçqın uşaqlarının təhsilinə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu deyib.

YUNESKO-nun baş direktoru cənab Matsuura isə öz növbəsində bildirib ki, "indiki səfərimin əsas məqsədlərindən biri məhz təhsillə bağlıdır. Yəni biz Azərbaycanla bu sahədə əməkdaşlığımızı daha da genişləndirmək istəyirik. Artıq bizim Azərbaycanla texniki ya peşə informasiya və kommunikasiya texnologiyaları sahəsində geniş əməkdaşlığımız var ya bu YUNESKO-nun iki qurumunun texniki və peşə təhsili və təlimi üzrə mərkəzi (Bonnda yerləşir) və Moskvada yerləsən təhsildə informasiya texnologiyaları strukturu - xətti ilə həyata keçirilir. Eyni zamanda. YUNESKO hamı üçün təhsil təşəbbüsünü həyata keçirir. 2005-ci ildə irəli sürülmüş bu təşəbbüsdə YUNESKO-nun davamlı inkişaf layihəsinə yönəldilmiş təhsil proqramının yerinə yetirilməsi çox önəmli yer tutul Bu proqramda 2005-ci ildən 2014-cü ilə qədər təhsil onilliyinin keçirilməsi qərara alınıb və YUNESKO bu sahədə əsas rol oynayacaq təşkilatlardan biridir, Bu məqsədlə hazırda biz hərtərəfli plan üzərində işləyirik.

Bilirik ki, Azərbaycan bu təşəbbüsə qoşulan əsas tərəfdaşlardan biri olacaq və davamlı yönəldilmiş proqramları dəstəkləyəcəkdir.

Hazırda Azərbaycanın dünyada ən sürətlə inkişaf edən bir ölkə olduğunu deyən cənab Matsuura ölkəmizdə gələcəkdə bu sahədə işlərin aparılması üçün çox gözəl zəmin yarandığını dilə gətirib.

YUNESKO-nun baş direktoru tədbirdəki çıxışında Mehriban Əliyevaya işgüzarlığına və canfəşanlığına görə minnətdarlığını bildirərək YUNESKO-da onun mədəniyyət sahəsindəki gözəl işlərindən xəbərdar olduğunu deyib və təhsil sahəsində gördüyü işləri də nəzərəçarpan, təqdirəlayiq hesab etdiyini bildirib.

YUNESKO-nun, nümayəndələrinin ölkəmizə səfəri çərçivəsində onlar Milli parkda YUNESKO-nun dəstəyi ilə yaradılan Beynəlxalq Muğam Mərkəzinin təməlqoyma mərasimində də iştirak ediblər.

Mərasimdə YUNESKO-nun 2003-cü ildə qeyri maddi-mədəni dəyərlərin qorunması ilə bağlı yeni bir Konvensiya qəbul etdiyi barədə məlumat verən baş direktor bu konvensiyanın müddəalarına uyğun olaraq, Azərbaycan muğamının da qeyri-maddi mədəni dəyərlərin biri kimi, həmin Konvensiyanın əks etdirdiyi siyahıya daxil olunduğunu qeyd edib. O bildirib ki, Azərbaycan muğamının əsas əsərləri məhz bundan sonra qorunmağa başlandı. Və bu proses davam edəcək, bu siyahıya gələcəkdə muğam sahəsində yeni əsərlər də daxil olunacaqdır.

Göründüyü kimi, YUNESKO-nun baş direktoru və digər xoşməramlı səfirlərin ölkəmizə səfəri olduqca işgüzar və konkret məqamlarla yaddaqalan olub. Əminik ki, bu hadisə dünyada ölkəmizin mədəni irsinin, tarixi və mədəniyyət abidələrinin tanınması və qorunması istiqamətində görülən işlərə öz töhfəsini verəcək. Eyni zamanda YUNESKO ilə Azərbaycan arasında digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirəcək.


S. Paşayeva

Yeni Azərbaycan.- 2005.- 27 avqust.- № 165.- S. 3.