Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva uşaq hüquqlarının ən yaxşı müdafiəçisi seçilib

Monitorinqin nəticələri açıqlandı


"Gənc Liderlər" Uşaq Təşkilatı 3 ay ərzində uşaq hüquqları ilə bağlı monitorinq aparıb. Təşkilat sorğular da daxil olmaqla monitorinqin nəticələrini açıqlayıb.

Uşaq hüquqlarının müdafiəsi və təmin olunması sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qalib olub. Sorğunun nəticəsində digər qaliblər Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova və Uşaq Təşkilatının sədri Gülər Əhmədova seçilib. Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli isə uşaq hüquqları ilə bağlı ən çox məlumat verən mətbuat rəhbəri kimi qalib elan olunub.


Olaylar.- 2006.- 20 sentyabr.- № 173.- S. 2.