Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda tikilən qızlar məktəbinin açılış mərasimi yerli mətbuatın diqqət mərkəzində olmuşdur


AzərTAc xəbər verir ki, Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində Heydər Əliyev Fondunun inşa etdirdiyi qızlar üçün orta məktəb binasının açılış mərasimi yerli mətbuatın diqqət mərkəzində olmuşdur.

Nüfuzlu “”Observer” qəzeti, “DAWN” beynəlxalq nəşri, habelə “Reginal Times” internet qəzeti məktəbin açılış mərasimindən şəkillə birlikdə geniş məqalələr vermişdir.

Yazılarda bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuş yeni bina Azərbaycan xalqının dost Pakistan xalqına hədiyyəsidir.

Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binasının Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağı olduğu məqalələrdə xüsusi qeyd edilmişdir.

Həmin qeyd olunan qəzetlərdən başqa, ölkənin televiziya və radio kanalları da mərasimdən hazırlanmış reportajlar göstərmişlər.


Xalq qəzeti.- 2008.- 15 fevral.-№ 35.- S. 2.