Çap etmək   ⁞     ⁞   Mehriban Əliyeva

Həqiqi Qərb dəyərləri nə deməkdir?

"GlobalRus.ru" saytı Mehriban Əliyevanın ictimai fəaliyyəti ilə bağlı yazı dərc edib


YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, fond beynəlxalq arenaya çıxır.

"GlobalRus.ru" saytı bunu xanım Əliyeva Fondla "BMT-nin İnkişaf Proqramı" arasında "Kor və zəif görənlərin informasiya-kommunikasiya texnologiyasıyla təminatı" adlı layihə sənədini imzalayarkən bildirdiyini xatırladıb. Mehriban Əliyeva fondla "BMT-nin İnkişaf Proqramı"nın əməkdaşlığı sayəsində kor və zəif görənlərin bu sahədəki probleminin tezliklə həll olunacağına, yeni layihənin uğurla həyata keçiriləcəyinə inandığını deyib. Layihəni İmzalayan BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi M.Barsotti isə həyata keçirilən BMT-nin qəbul etdiyi "Minilliyin məqsədləri" ilə bağlı Azərbaycan hökumətinin göstərdiyi müsbət səylərini xüsusi qeyd edib. Sayt "BMT-nin İnkişaf Proqramı"na Rusiyada bəslənən mənfi münasibətə də toxunub. Burda qeyd edilir ki, "Qatı vətənpərvərlərin fikrincə, "BMT-nin İnkişaf Proqramı zəif görənlərin problemini həll etməkdənsə, narıncı inqilabların ixracını təmin edir. Qatı demokratların gəldiyi nəticə isə belədir ki, demokratiya, meydan, çadır, mitinq Qərb dəyərləridir. Göründüyü kimi, bunlardan heç biri reallıqda öz əksini tapmadı - Azərbaycanda narıncı inqilab baş vermədi. Əvəzində isə "BMT-nin İnkişaf Proqramı" bu ölkə ilə uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva parlamentə millət vəkili seçildi. Baxmayaraq ki, o, öz işində siyasi kapital qazanmağı deyil, ictimai fəaliyyət göstərməyi düşünür".

"Görünür, ATƏT-in hakimiyyətlə bağlı təəssüf doğuran təbliğatın-dan başqa, həqiqi və real olan Qərb dəyərləri də var. Bunu görməyənlər ola bilər ki, görmə qabiliyyətilə bağlı əziyyət çəkmir. Əvəzində isə zəif düşüncəyə sahibdirlər" - deyə müəllif Azərbaycan hökumətinin gerçək Avropa dəyərlərinə söykəndiyini qeyd edir.


S. Cahangirli

Paritet.- 2006.- 15-16 dekabr.- №135.- S. 6.