Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Balakənli əlil uşağa kompüter hədiyyə etdi


Balakən rayonunun Xalatala kəndinin 11 yaşlı sakini, I qrup əlil Məhəmməd Qurbanov bu günlər ömrünün ən xoş anlarını yaşayır. Onun ümummilli liderimizin adını daşıyan fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ünvanlandığı müraciət qısa vaxtda öz müsbət həllini tapmış və Məhəmmədə kompüter dəsti hədiyyə edilmişdir.

Bu münasibətlə Qurbanovların evində keçirilən mərasimdə fondun hədiyyəsi təntənəli surətdə Məhəmmədə təqdim olunmuşdur. Mərasimdə onun valideynləri çıxış edərək Heydər Əliyev Fondunun bu xeyirxah və nəcib işini yüksək dəyərləndirmiş, əlil uşaqlara göstərdikləri qayğı və himayəyə görə, fondun rəhbərliyinə dərin minnətdarlığını bildirmişlər.

Mərasimin sonunda Məhəmmədin ailə üzvləri adından Mehriban xanım Əliyevaya təşəkkür məktubu göndərilmişdir.


Xalq qəzeti.- 2005.- 31 mart.- № 71.- S. 3.