Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun hesabına 182 məktəb istifadəyə verilib


Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 2004-cü ildə 20961 şagird yeri olan 54 ümumtəhsil məktəbi, 2005-ci ildə isə 30223 şagird yeri olan 128 məktəb istifadəyə verib. Bu il daha 500 məktəbin tikintisi nəzərdə tutulur. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yeni tədris binalarının tikilməsi və istifadəyə verilməsi məktəblər-də növbəli dərslərin azalmasına səbəb olub. İkinci və üçüncü növbələrdə dərs keçən şagirdlərin xüsusi çəkisi 2004-2005-ci tədris ilindəki 32,5 faizdən, 30,3 faizə qədər azalıb. Bu göstərici Əli Bayramlı (40,9 faiz), Bakı (38,6 faiz) və Sumqayıt (37,7 faiz) şəhərlərində, eləcə də İmişli (44,3 faiz), Abşeron (43,4 faiz) və Cəlilabad (41,2 faiz) rayonların-da ölkə səviyyəsindən xeyli yüksək olub. Hazırda ölkə-də 58 min tələbənin orta peşə təhsilli aldığı dövlət və 4 qeyri-dövlət orta ixtisas məktəbi və tələbələrinin sayı min nəfər olan 27 dövlət və 15 qeyri-dövlət ali məktəb fəaliyyət göstərir. Cari tədris ilinin əvvəlinə olan məlumata görə, dövlət orta ixtisas məktəblərində min şagird, dövlət ali məktəblərində isə 56 min tələbə təhsil xərclərinin özləri tərəfin-dən tam ödənilməsi şərti ilə təhsil alır. Hazırda dövlət ali məktəblərinin gündüz şöbələrində oxuyan tələbələrin 44 faizi təqaüd alır.


İki sahil.- 2006.- 27 yanvar.- № 14.- S. 1.