Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Millət vəkili

Şüvəlanda təzə məktəb tikilir


Milli Məclisin deputatı Mehriban Əliyevanın seçicilərlə görüşlərində verdiyi vədlərə ardıcıl əməl etməsini rayon sakinləri minnətdarlıqla vurğulayırlar. Son ilyarımda görülən işlər sayəsində ən çox dəyişilən qəsəbələrdən biri də Şüvəlandır.

Mehriban xanım iyunun 14-də qəsəbədəki 156 nömrəli məktəb üçün binanın tikintisində işlərlə tanış olmuşdur. 1935-ci ildə inşa olunmuş köhnə məktəbdə 700 şagird təhsil alırdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının ikinci mərhələsi çərçivəsində tikilən və 1050 şagird üçün nəzərdə tutulan yeni bina sentyabrda istifadəyə veriləcəkdir.

Mehriban Əliyeva məktəbin layihəsi ilə yaxından tanış oldu, fasadın görünüşü, sinif otaqlarının, istilik sisteminin, idman salonunun, yeməkxananın, digər otaq və kabinetlərin avadanlıqla təchizatı, tərtibatı ilə bağlı tövsiyələrini verdi.


Xalq qəzeti.- 2007.- 15 iyun.- № 130.- S. 4.