Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Fransaya səfəri
Zinət əşyaları sərgisi ilə tanışlıq
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 2-də Parisdə Lüksemburq Muzeyinin binasında açılmış zinət əşyaları sərgisində olmuşdur.
Sərginin rəhbərliyi Mehriban xanımı xüsusi ehtiramla qarşılamışdır. Azərbaycan Prezidentinin xanımına sərginin tarixi, burada nümayiş etdirilən zinət əşyaları, müxtəlif qiymətli daşlar barədə ətraflı məlumat verilmişdir.
AzərTAc
2007, 2 aprel