Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Gəncənin uşaq müəssisələrinə yardım etmişdir


Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Gəncəyə təhsil idarəsinin tabeçiliyində olan uşaq bağçalarına, şəhər Səhiyyə İdarəsinin uşaq xəstəxanalarına və körpələr evlərinə paylanmaq üçün 1100 qutu “Humana” uşaq qidası göndərilmişdir.

Şəhər icra hakimiyyətində demişlər ki, uşaq qidası iki gün ərzində ünvanlara çatdırılmışdır. Uşaq müəssisələrinin təmsilçiləri bu xeyirxah təşəbbüsə görə ölkənin birinci xanımına minnətdarlıqlarını bildirmişlər.


Xalq qəzeti.- 2006.- 6 avqust.- № 175.- S. 2.