Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəblər tikilir


Haciqabulda 640 yerlik məktəb tikilir

Hacıqabulda Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının növbəti mərhələsi çərçivəsində smeta dəyəri 1 milyon manat olan 640 yerlik məktəb binasının tikintisi sürətləndirilmişdir. İcraçı "Mingəçevir Tikinti-L" MMC qısa müddətdə 50 min manatlıqdan çox iş görmüşdür. Cəmiyyətdən bildirmişlər ki, təhsil kompleksi növbəti dərs ilinin əvvəlinədək hazır olacaqdır.

Bu il Neftçalada yeni məktəblər tikiləcək

2007-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Neftçalanın Xıllı qəsəbə-sində 240, Xoltəzəkənd kəndində isə 200 yerlik məktəb binaları tikiləcəkdir. Təhsil şöbəsindən bildirmişlər ki, artıq layihə-smeta sənədləri hazırlanmış, məktəblər üçün torpaq sahələri ayrılmışdır. Fondun təşəbbüsü ilə 2006-cı ildə rayonun Mayak-2 kəndində 100 yerlik məktəb binası istifadəyə verilmiş, təhsil ocağı təzə avadanlıqla təchiz edilmişdir.

Ağcabədidə daha 5 məktəb istifadəyə verildi

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Ağcabədi rayonunda ötən il 5 məktəb binası tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Hindarx, Minaxorlu, Şənlik kəndlərin-də hər biri 240, Hacılar kəndində 200, Aşağı Avşar kəndində isə 100 yerlik məktəb binaları inşa olunmuşdur. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının 2-ci mərhələsində rayonun Şərəfxanlı kəndində 240 yerlik məktəb binası tikiləcəkdir. Hazırda rayonun Boyad kəndində 500 yerlik, Kürdlər kəndində 360 yerlik məktəb binaları inşa edilir. Ağcabədililər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliye-vaya minnətdarlıqlarını bildirirlər.

Bərdədə yeni məktəb binasi tikilir

Bərdədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 880 şagird yeri olan müasir məktəb binası inşa olunur.

Rayon icra hakimiyyətində bildirmişlər ki, bu təhsil ocağının növbəti dərs ili başlananadək istifadəyə verilməsi nə-zərdə tutulur.

Fondun təşəbbüsü ilə ötən il Xanağalı kəndində 200 yerlik, Yeni Daşkənd kəndində isə 240 yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir. Bərdəlilər rayonda təhsilin inkişafına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya minnət-darlıqlarını bildirirlər.


Azərbaycan müəllimi.- 2006.- 19 yanvar.- № 2.- S. 1.