Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Vətənimizin hüdudlarından kənarda açılmış Azərbaycan məktəblərinə də hərtərəfli yardımı göstərir


Bugün bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın təşkilatlanması, 'həmrəy olması, ana dillərində təhsil alması, Azərbaycan haqqında, həmçinin, xalqımızın qan yaddaşında yer almış qanlı tariximizlə bağlı hadisələri yaşadıqları ölkələrin rəsmi qurumlarına çatdırılması işində onlara dəstək olur. Bu gün ölkəmizdə çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da diaspor təşkilatlarımıza bir sıra istiqamətlər üzrə köməklik edir. Bu istiqamətlərdən biri də təhsil sahəsidir. Belə ki, Heydər Əliyev Fondu 'Təhsilə dəstək" layihəsi çərçivəsində Azərbaycanla yanaşı, xaricdə yaşayan soydaşlarımızın da ana dillərində təhsil alması, onların təhsil almaq imkanlarının yaxşılaşdırılması üçün yeni məktəb binalarının tikilməsi, maddi-texniki bazanın inkişafı etdirilməsi istiqamətində bir sıra təqdirəlayiq işlər icra edib. Artıq Fond təhsilə qayğısını xaricdə də nümayiş etdirir. Belə ki, 2006-cı ildə Heydər Əliyev Fondunun nümayəndə heyəti 'Təhsilə dəstək" layihəsi çərçivəsində Rusiya paytaxtındakı 157 saylı etno-mədəni təmayüllü məktəbə 10 ədəd kompüter dəsti, rəngli printer, 2 ədəd surətçıxarma aparatı hədiyyə edib. Bundan əlavə, Fondun köməyi ilə bu təhsil ocağında oxuyan şagirdlərin sürətli internet xətti və kompüter şəbəkəsi də vardır. Eyni zamanda Təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondunun köməyi sayəsində bu məktəbdə oxuyan hər bir uşaq Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi, təbiəti, eləcə də Ermənistanın Azərbaycana hərbi təcavüzü barədə ətraflı məlumatlar da əldə edə biləcəkdir. Fond məktəb kitabxanasına müxtəlif nəşrlər, habelə yurdumuzun təbiətini əks etdirən böyük fotoekspozisiya da təqdim edib. Demək olar ki, artıq məktəbdə Azərbaycanın kiçik bir guşəsi var. Məktəbin özfəaliyyət kollektivinin üzvləri isə bundan sonra Heydər Əliyev Fondunun hədiyyə etdiyi milli geyimlərimizdə, milli musiqi alətlərimizin müşayiəti ilə çıxış edəcəklər:

Amsterdamda fəaliyyətə başlamış Azərbaycan məktəbinə Fond kompüter dəsti və dərs ləvazimatı hədiyyə edib

Fond Vətənimizin hüdudlarından kənarda açılmış Azərbaycan məktəblərinə də hərtərəfli yardım göstərir. Belə ki, 2007-ci ildə Hollandiyadakı Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə sentyabr ayından ölkənin paytaxtı Amsterdamda fəaliyyətə başlamış Azərbaycan məktəbinin ünvanına Fondun göndərdiyi kompüter dəsti və dərs ləvazimatından ibarət hədiyyə buna bariz misaldır. BAK-ın sədri Sahil Qasımov xüsusi olaraq vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Hollandiyada yaşayan azərbaycanlı uşaqları da yaddan çıxarmayıb və onlara hədiyyələr verib: "Fərəhləndirici haldırki, bu hədiyyələr Azərbaycandan göndərilib. Qiymətli hədiyyələrə görə konqresimiz adından Mehriban xanım Əliyevaya təşəkkür edir və minnətdarlığımı bildirirəm".

"Sevindirici haldır ki, soydaşlarımız Azərbaycanda olduğu kimi, burada da doğma dili- mizdə məktəbə gedir, adət və ənənələrimizi, tariximizi, ədəbiyyatımızı öyrənmək sahəsində kövrək addımlarını atır, biliklərin əsaslarına yiyələnməyə səy göstərir"-deyən Azərbaycanın Hollandiyadakı səfiri Fuad İsgəndərov bildirib ki, Mehriban xanım Əliyeva Vətəndən uzaqda yaşayan azərbaycanlı şagirdlərin təhsilini heç zaman yaddan çıxarmır:" Artıq gözəl ənənənin ilk təməli qoyulur ki, Heydər Əliyev Fondunun hədiyyələri yalnız Azərbaycanda deyil, Avropanın paytaxtlarından biri olan Amsterdamda azərbaycanlı uşaqlara da təqdim edilir. Mən böyük iftixar hissi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından bu hədiyyələri sizə təqdim edirəm. Ümidvaram ki, bu gün 15 uşağın təhsil aldığı məktəbin şagirdlərinin sayı bir neçə ildən sonra qat-qat artacaqdır".

Heydər Əliyev Fondu gürcüstanlı soydaşlara bütün sahələrdə olduğu kimi, təhsil səviyyəsinin müasir tələblərlə ayaqlaşması baxımından da yardımını əsirgəmir. Belə ki, 2009-cu ildə Fondun təşəbbüs və dəstəyi ilə dekabrın 29-da Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi şəhərində H. Əliyev adına Fondun bilgisayar mərkəzində rayon şagirdləri arasında bilik yarışı keçirilib. Yarışda Dmanisidəki azərbaycandilli məktəblərlə yanaşı, rayonun gürcü məktəblərinin şagirdləri də iştirak ediblər. Üç turdan ibarət yarışda hər bir şagird 10 sualı cavablandırıb. Münsiflər heyəti azərbaycanlı şagirdlər arasında 1-ci yerə Yaqublu məktəbinin şagirdi Vüqar Musayevi, 2-ci yerə Dunus məktəbinin şagirdi Elman Nəbiyevi, 3-cü yerə Aşağı Qruzman məktəbinin şagirdi Zərinə Muradovanı layiq görmüşdür. Mükafatları Heydər Əliyev Fondu tərəfindən həm Azərbaycan, həm də gürcüdilli məktəblərin 1-ci yerə çıxmış şagirdlərinə rəngli televizor, 2-ci yerə çıxanlara multipleyer, 3-cü yerin sahiblərinə isə mobil telefonlar təqdim olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda üç Azərbaycan məktəbi təmir edilib

Məlumat üçün bildirək ki, Fondun dəstəyi ilə indiyədək Gürcüstanda azərbaycanlıların yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində uzun illər təmir olunmamış bir neçə məktəb binası əsaslı surətdə yenidən qurulub. Belə təhsil ocaqlarından biri də 2010-cu ilin martında istifadəyə verilən Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumi məktəbidir. Gürcüstan təhsil və elm naziri Dmitri Şaşkin belə xeyirxah işə görə Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Nazir deyib ki, ki, bu il Fondun yardımı ilə bölgədə üç məktəb binası əsaslı bərpa olunub. Azərbaycanlı tərəfdaşlarımız bu istiqamətdə işləri davam etdirmək niyyətindədirlər, biz onları alqışlayır, uğur diləyirik.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov isə bildirib ki, müasir tələblərə uyğun təmir olunan məktəb binası şagirdlərin elmin sirlərinə daha yaxşı yiyələnmələrinə imkan yaradacaq və onlar hər yerdə xalqımızı ləyaqətlə təmsil edəcəklər:" Heydər Əliyev Fondunun prezidenti bölgədə məktəblərin yenidən qurulması, təhsil ocaqlarında şəraitin yaxşılaşdırılması yönündə bütün səyləri səfərbər etməyi tapşırıb. Buna görə də Fondun əməkdaşları mütəmadi olaraq burada işləyir, müvafiq məlumatlar toplandıqdan sonra Mehriban xanımın tapşırığına əsasən məktəb binalarında yenidənqurma işləri görülür. Biz daha bir neçə məktəb binasının yenidən qurulmasını, yeni məktəb binalarının inşasını da planlaşdırmışıq".

Mameulidəki 7 nömrəli ümumi məktəbin direktoru Vahid İbrahimov belə bir hədiyyəyə görə təhsil ocağının kollektivi adından Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. O vurğulayıb ki, təqribən 40 il ərzində təmir olunmamış məktəb binası tam yararsız vəziyyətə düşmüşdü. Məktəbin 100 nəfər şagird və 23 nəfərdən ibarət müəllim kollektivi ruhdan düşmüş, təlimin keyfiyyəti zəifləmişdi. Belə bir vəziyyətdə Heydər Əliyev Fondu köməyimizə çatdı.

Eyni zamanda 2010-cu j! 24 sentyabr tarixində Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş üç Azərbaycan məktəbinin açılış mərasimi olub. Fondun 'Təhsilə dəstək" layihəsi çərçivəsində Tiflisdəki Mirzə Fətəli Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilib.

Gürcüstanın paytaxtında 150 şagirdin təhsil aldığı M.F.Axundzadə adına 73 nömrəli orta məktəbdə aparılan yenidənqurma işləri nəticəsində qəzalı vəziyyətdə olan təhsil ocağında müasir standartlara uyğun tədris üçün hər cür şərait yaradılıb.

Həmçinin Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi 1600 şagird üçün nəzərdə tutulub. Əsaslı təmir işləri zamanı məktəbdaxiii təmirlə yanaşı, təhsil ocağının fasadı yeni kirəmidlə örtülüb, idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb, avadanlığın əsas hissəsi yenilənib.

Bundan başqa layihə çərçivəsində Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbində yenidənqurma işləri zamanı binada bərkidilmə işləri aparılıb, sinif otaqları, dəhlizlər, kitabxana, yeməkxana, idman zalı tam təmir olunub, yeni akt zalı, fənn kabinələri və kompüter otağı yaradılıb. Təhsil ocağı yeni avadanlıqla təmin olunub. Məktəbin qaz və elektrik avadanlığı yenilənib, transformator qoyulub, süni örtüklü stadion inşa edilib. (www.heydar-aliyev-foundation.org)


Günay Əliyeva

Paritet.- 2011.- 24-25 fevral.- № 22.- S. 8.