Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran rayonunda 4 məktəb binası inşa olunur


AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Lənkəran rayonunda 4 yeni məktəb binası inşa olunur.

Səpnəkəran kəndindəki 360 yerlik orta məktəb binasının tikintisində əsas işlər başa çatmaq üzrədir.

Dəniz səviyyəsindən 1000 metrdən çox yüksəklikdə yerləşən Tuado kəndində 100 yerlik orta məktəb binasının tikintisində əsasən yerli inşaatçılar çalışırlar. Hazırda Tatova və Daştatük kəndlərindəki məktəb binalarında dam örtüyü vurulur.

Yeni təhsil ocaqlarının yeni dərs ilində - sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulur.


AzərTAc
2008, 11 avqust