Heydər Əliyev Fondu Naxçıvandakı xəstə uşaqlara yardım etmişdir
Mehriban xanım Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" proqramı çərçivəsində Naxçıvan MR-dəki xəstə uşaqlara üç ay müddətinə nəzərdə tutulmuş xüsusi dərman preparatları göndərilmişdir.
Bu barədə Muxtar Respublikanın Səhiyyə Nazirliyində şəkərli diabet xəstəliyinə tutulan uşaqlar və onların valideynləri ilə keçirilən görüşdə məlumat verilmişdir.
Tədbirdə çıxış edən valideynlər "Diabetli uşaqlara ən yüksək qayğı" proqramına görə Heydər Əliyev Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Xalq qəzeti.- 2004.- 28 dekabr.- № 300.- S. 3.
