Çap etmək   ⁞     ⁞   Millət vəkili

Fransa ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq dostluq və qarşılıqlı hörmətə əsaslanır


Azərbaycanın birinci xanımı Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan Mehriban Əliyeva paytaxtımızda keçirilən Forumda iştirak etdiklərinə görə qonaqlara təşəkkür etdi. Bugünkü müzakirələrdə dünya üçün əhəmiyyət kəsb edən mövzuların diqqət mərkəzində olduğunu deyən birinci xanım Mehriban Əliyeva əminliyini bildirdi ki, bu Forum dünyanı narahat edən məsələlərin həlli istiqamətində vacib platforma olacaq və mövcud problemlərin aradan qaldırılması üçün mexanizmlərin tapılmasına kömək edəcək.

Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətində Azərbaycanın yeni dostlarını da görməkdən şad olduğunu bildirən Mehriban Əliyeva Fransa ilə Azərbaycan arasında bütün sahələrdə qurulan əməkdaşlığın dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğuladı.


Xalq qəzeti.- 2016.- 27 aprel.- № 89.- S. 5.