Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda yeni məktəb binaları tikilir


Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Şamaxı rayonunda yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi sahəsində xeyli iş görülmüşdür

Rayon təhsil şöbəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, fondun təşəbbüsü ilə ötən il Cabanı kənd orta məktəbi üçün yeni bina tikilib istifadəyə verilmiş, Qaleybuğurd kənd məktəbi əsaslı təmir edilmişdir. Habelə Şamaxı internat məktəbinin köhnə korpusunda əsaslı təmir işləri aparılmış, bina təzə avadanlıqla təchiz olunmuşdur. Quşçu və I Çaylı kəndlərində fondun vəsaiti ilə inşa edilən məktəb binalarında son tamamlama işləri görülür. Hər iki məktəb yaxın vaxtlarda istifadəyə veriləcəkdir.


Azərbaycan.- 2006.- 24 mart.- № 62.- S. 6.