Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva İkebana Akademiyası (Mərkəzi) ilə tanış olmuşdur


Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfəri çərçivəsində onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva martın 8-də Tokioda məşhur İkebana Akademiyası (Mərkəzi) ilə tanış olmuşdur.

Akademiyanın rəhbərləri Azərbaycanın birinci xanımını böyük hörmət və ehtiramla qarşıladılar, onu Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdilər.

Yaponiyada İkebana - buketdüzəltmə sənətinin 600 illik tarixi var. 1924-cü ildə yaradılmış Mərkəzin isə dünyanın bir sıra ölkəsində nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda Gündoğar ölkənin ən məşhur mərkəzlərindən biri sayılır. Mərkəzlə tanışlıq zamanı Mehriban xanıma bir neçə buketdüzəltmə nümunəsi göstərilmişdir.

Mərkəzlə tanışlıqdan sonra Mehriban xanım Əliyeva yüksək zövqlə gül buketi düzəltmişdir.


Xalq qəzeti.- 2006.- 10 mart.- № 52.- S. 4.