Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu xeyriyyəçilik tədbirlərini genişləndirir


Birinci xanım

Qərb dünyasında ölkənin birinci xanımı olmaq çoxdan bəri peşə sayılır. Artıq bu ənənə MDB ölkələrinə də ayaq açıb. Lakin Qərb ölkələrində olan populyarlığa hələlik bu ölkələrdən heç birinin prezident xanımı nail ola bilməyib, Mehriban Əliyeva istisna olunmaqla.

Bu gün istər MDB məkanında, istərsə də Avropada M. Əliyevanın imici, xeyriyyəçilik fəaliyyəti və bu istiqamətdə gördüyü işlər digər birinci xanımlar üçün ən yaxşı nümunə hesab edilir. Belə ki, M. Əliyevanın son bir ildə uşaq evlərində, məktəblərdə keçirdiyi ardıcıl görüşlər, göstərdiyi yardımlar onun nüfuzunu xeyli artırıb. Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xəstə uşaqlara göstərdiyi qayğı isə humanist addım kimi dəyərləndirilib.

YUNESKO-nun xoşməramlı səfiri

Mehriban xanımın YUNESKO-nun xoşməramlı səfiri adını qazanması onun beynəlxalq aləmdəki yüksək imicindən xəbər verir. Bütün bunlar təbii ki, ictimaiyyətin diqqətindən yayınmır. Xatırladaq ki, "Lider" qadınlar Birliyinin keçirdiyi sorğunun nəticəsinə görə, M. Əliyeva "İlin qadını" elan olunmuşdur. Onun ümumxalq tədbirlərində, bayramlar-da ictimaiyyət nümayəndələri ilə səmimi söhbətləri təkcə xalqımız tərə-findən deyil, beynəlxalq dairələrdə də müsbət qarşılanır. Rəhbərlik etdiyi Fondun son 1 ildə gördüyü işləri isə saymaqla qurtarmaz. Hazırda Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahın-da Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir-bərpa işləri aparılır, Mehriban xanım bu yaxınlarda ziyarətgahda olarkən bu binanın təmir olunacağına söz vermiş və verdiyi vədi gecikmədən yerinə yetirmişdir. Qeyd edək ki, bu ziyarətgahda axund Hacı Turab ağa, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, qızı Sona xanım dəfn edilib. Bu-rada yenidən inşa edilən məqbərə, ibadətgah kompleksi qədim milli və dini ornamentlərlə bəzədilib. Artıq ziyarətgahda son tamamlama işləri başa çatmaqdadır.

Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyeva Əzizbəyov rayonunda olarkən uşaqları da yaddan çıxarmayıb və Şüvəlan qəsəbəsində yerləşən beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 saylı internat məktəbdə əsaslı təmir işlərinin görülməsi ilə bağlı sərəncam verib. Heydər Əliyev Fondunun vəsaiti ilə burada əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb. 205 uşağın müalicə və təhsil aldığı, 98 müəllim, tərbiyəçi, tibb işçisinin çalışdığı bu müəssisədə uşaqların rahatlığı üçün bütün lazımi şərait yaradılıb. İstilik, su, kanalizasiya, işıq, rabitə sistemi təzələnib, yeməkxana, idman zalı, kitabxana, müalicə və müayinə kabinələri müasir tibbi və digər lazımı avadanlıqla təmin edilib. Qeyd etmək yerinə düşər ki, məktəbin şagirdləri artıq İrlandiya, Yaponiyada keçirilən yarışlarda qızıl medallar qazanıb. Bakı Şəhər Baş Təhsil İdarəsinin turnirlərində birinci yeri tutublar. Mərdəkan qəsəbəsindəki 2 saylı internat məktəbdə də Heydər Əliyev Fondunun vəsaiti ilə əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Fondun işləyib hazırladığı "Uşaq evləri və internat məktəblərin inkişafı" proqramı çərçivəsində bu məktəbin tədris və yataqxana binalarında kommunikasiya xətləri, dam örtüyü təzələnmiş, məktəbin əvvəlki siması tamamilə dəyişib yenilənmişdir.

Sadalananlar Fondun gördüyü xeyriyyəçilik tədbirlərinin yalnız cüzi bir hissəsidir. M. Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz xeyriyyəçilik missiyasını bütün ölkə ərazisində davam etdirir, təhsilimizin inkişafına yönəlmiş fəaliyyətini günbəgün genişləndirir.

Millət vəkilliyinə ən şanslı namizəd

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, 14 saylı Əzizbəyov 2-ci seçki dairəsindən deputatlığa namizəd Mehriban xanım Əliyeva seçicilərlə keçirdiyi görüşlərdə onların problem və qayğıları ilə yaxından maraqlanıb. Artıq bu problemlərin həlli istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirib. Mehriban xanımın xalq arasında getdikcə artan reytinqinin bir səbəbi də onun ata-ana himayəsindən məhrum olmuş, xəstə və əlil uşaqların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü iri həcmli işlərdir. Taleyin acı hökmü ilə fiziki cəhətdən qüsurlu doğulmuş, valideyn sevgisindən uzaq düşmüş uşaqlara atılmadıqlarını, unudulmadıqlarını və cəmiyyətə gərəkli olduqlarını hiss etdirməsi Mehriban xanımı xalqın gözündə daha da ucaltmışdır. Təsadüfi deyil ki, bütün görüşlərdə seçicilər ona xitabən "siz indiyə qədər gördüyünüz işlərlə artıq millət vəkili adını qazanmısınız" deyirdilər.


Nazilə Nərimanqızı

İki sahil.- 2005.- 17 noyabr.- № 224.- S. 5.