Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun yeni təşəbbüsü bakılıların və paytaxtın qonaqlarının ürəyincə olacaqdır


Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dekabrın 31-də, ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakının rəmzi olan Qız qalasının tam işıqlandırılması həya-ta keçirilmişdir. Yeni işıqlandırma sisteminin avadanlığı Danimarkanın "Martin Professional" şirkətinə məxsusdur. Bu layihəni ABŞ-ın "A&T Trade" şirkəti və onun Bakıdakı nümayəndəliyi həyata keçirmişlər.

Xatırladaq ki, Qız qalasını işıqlandırmaq təşəbbüsü əvvəllər də olmuşdur. Lakin bu tarixi abidəni tam işıqlandırmaq mümkün olmamışdır. Hazırkı işıqlandırma sistemi hətta möhtəşəm qalanı gecənin zülmətində də aydın görməyə imkan yaradır.



Xalq qəzeti.- 2006.- 6 yanvar.- № 1.- S. 3.