Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

Yeni yaradılmış fond Azərbaycan xalça sənətini dünyaya tanıdacaqdır


AZƏRTAC Rəssamlar İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə Bakıda Lətiv Kərimov adına Azərbaycan Xalçaçılıq Fondu yaradılmışdır.

Fondun Badamdarda yerləşdiyini deyən yeni qurumun vitse-prezidenti, əməkdar rəssam Ənvər Qarayev bildirmişdir ki, hazırda burada ekspozisiya hazırlanır. Fondun yaradılmasında başlıca məqsəd Azərbaycan xalçaçılıq sənətini dünyaya tanıtmaq, ölkəmizin daxilində bu sənəti inkişaf etdirməkdir.

Məlumdur ki, Azərbaycan xalçaları beynəlxalq aləmdə bəzən İran, bəzən də erməni xalçalar kimi təqdim olunur. Fondun fəaliyyətinin bir istiqaməti də bu hallara son qoymaq olacaqdır.

Təqdimatının dekabrda keçirilməsi nəzərdə tutulan fondda xalq rəssamı, görkəmli xalçaçı Lətif Kərimovun yaradıcılığını əks etdirən kataloq da hazırlanacaqdır.


AZƏRTAC
2007, 25 noyabr