Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb tikilir
Biləsuvar şəhərinin Meliorator yaşayış sahəsində Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının növbəti mərhələsi çərçivəsində 200 yerlik məktəb tikilir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, inşaat işlərinin görülməsinə 50 nəfər cəlb edilmişdir. Podratçı “Biləsuvar Aqrotikinti” Açıq Səhmdar Cəmiyyəti obyekti bu ilin noyabrında təhvil vermək əzmindədir. Təhsil ocağı 12 sinif otağı, kitabxana və fənn kabinetlərindən ibarət olacaqdır. Sakinlər təhsilin inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirirlər.
Xalq qəzeti.- 2006.- 16 sentyabr.- № 210.- S. 6.
