Çap etmək   ⁞     ⁞   ISESCO

ISESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüş


Aprelin 8-də “Gülüstan” sarayında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva İSESKO-nun baş direktorunu yenidən Bakıda görməkdən məmnun olduğunu bildirmiş, forumda iştirakına görə minnətdarlığını ifadə etmişdir.

Yüksək səviyyədə keçirilən Bakı Forumunda maraqlı fikirlərin səsləndiyini, səmimi və səmərəli dialoqların aparıldığını qeyd edən Əbdüləziz bin Osman əl-Tüveycri mədəniyyətlərarası dialoqun vacibliyini vurğulamışdır.


525-ci qəzet.- 2011.- 8 aprel.- № 60.- S. 1.