Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Kəhrəbalar” muzeyi ilə tanış olmuşdur


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Polşa Respublikası Prezidentinin xanımı Mariya Kaçinski ilə birlikdə fevralın 27-də Qdansk şəhərində “Kəhrəbalar” muzeyi ilə tanış olmuşdur.

Azərbaycanın və Polşanın birinci xanımları muzeydə nümayiş etdirilən müxtəlif növ kəhrəbalara, o cümlədən kəhrəbalardan hazırlanmış nadir əşyalara, incə əl işlərinə baxdılar.

Mehriban xanım Əliyeva muzeyin xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycanın birinci xanımı muzeydən zəngin təəssüratla ayrıldı.


AzərTAc
2008, 27 fevral