Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva "2005-ci ilin ictimai xadimi" adına layiq görülmüşdür
İyunun 4-də "Gülüstan" sarayında Xəzər İnteqrasiya İşgüzar Klubunun "Caspian Energy İntegration Award-2005" mükafatlarının təqdimetmə mərasimi olmuşdur.
Klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev 2002-ci ildə fəaliyyətə başlayan, Xəzər və Qara dəniz regionunun 30 ölkəsini təmsil edən 100-dən çox şirkətin üzv olduğu qurumun bu ildən müxtəlif nominasiyalar üzrə mükafatlar təsis etdiyini bildirmişdir. Klubun nəşri olan, 10 min tirajla çıxan "Caspian energy" jurnalının oxucuları, eləcə də şirkətlərin menecerləri arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, "Caspian Energy İntegration Award-2005" ali dərəcəli Beynəlxalq mükafatının "2005-ci ilin ictimai xadimi" əsas nominasiyasına Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva layiq görülmüşdür.
Sonra digər nominasiyalar üzrə mükafatlar təqdim edilmişdir.
AzərTAc
2005, 2 mart