Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində növbəti humanitar aksiya keçiriləcəkdir


AzərTAc xəbər verir ki, 2004-cü ildən davamlı olaraq həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Heydər Əliyev Fondu BMT Baş Məclisinin qərarı ilə qeyd olunan 14 noyabr - Ümumdünya Diabet günündən başlayaraq növbəti humanitar aksiya keçirəcəkdir.

Aksiya çərçivəsində Bakıda şəkərli diabetlə qeydiyyata alınmış 17 yaşadək 200-dən çox pasientə insulin preparatı və onun daha ağrısız, dəqiq yeridilməsinə imkan verən inyeksiya iynələri paylanacaqdır.

Dünyada yüksək keyfiyyətli insulin istehsalçısı kimi Danimarkanın “Novo Nordisk” şirkəti 2004-cü ildən Heydər Əliyev Fondunun “Diabetli uşaqlar ən yüksək qayğı” layihəsində tərəfdaş kimi çıxış edir. Artıq 5 ildir ki, fəal tərəfdaşlıq fəaliyyəti Azərbaycanda qeydiyyatda olan uşaq və yeniyetmələrin insulin problemini həll etməyə imkan verir.


Xalq qəzeti.- 2008.- 14 noyabr.- № 255.- S. 5.