Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Gimnastika üzrə qitə çempionatının püşkü Bakıda atılacaq


Gimnastika Federasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, aprelin 27-29-u aralığında Bakıda Avropa Gimnastika İttifaqının (UEQ) Texniki Komitəsinin yığıncağı keçiriləcək. Gündəlikdə duran əsas məsələ iyunun 29-da paytaxtımızda start götürəcək 23-cü Avropa çempionatının püşkünün atılmasıdır. Texniki Komitənin prezidenti Hayde Bruneder 7 həmkarıyla birinciliyin təqvimini, eləcə də digər təşkilati məsələləri birdəfəlik dəqiqləşdirməlidir. Hələlik Ukrayna və Fransa Federasiyaları AÇ-də iştirak edəcəklərini təsdiqləyib.

Qeyd edək ki, mübarizənin yaşanacağı Heydər Əliyev adına İdman Konsert Kompleksində hələlik təmir işləri gedir. Arenanın direktoru Rafiq Beybutovun bildirdiyinə görə, kompleks mayın sonu, ən gec halda iyunun əvvəlində tam hazır olacaq.


Kaspi.- 2007.- 11 yanvar.- № 3.- S. 6.