Heyder Əliyev Fondu Qəçrəşdə 600 yerlik məktəb binası tikir
Bir ildə 130 yeni, müasir məktəb binası, inşa edib şagirdlərin istifadəsinə verən Heydər Əliyev Fondu bu nəcib təşəbbüsü yenə də davam etdirir. 2006-2007-ci tədris ilində fond “Yeniləşən Azərbaycana yeni məktəb" devizi, altında daha bir neçə məktəb binasını istifadəyə verəcək. Onlardan biri də Quba rayonunun Qəcrəş kəndindı inşası tamamlanmaq üzrə olan müasir tipli təhsil kompleksidir.
Bu günlərdə tikintinin vəziyyəti ilə tanış olmaq üçün həmin kənddə olduq. Görüşdünüz kənd adamlarının hamısı Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Kənd sakinləri bildirdilər ki, bu kəndin məktəbi çox bərbad vəziyyətdə idi. Qışda soyuqdan dərs keçmək mümkün olmurdu. Ətraf kəndlərin yuxarı sinif şagirdləri də bu məktəbdə təhsil alırlar. Sinif otaqları çatışmır, xüsusi kabinetlər, laboratoriya, kompüter otağı, demək olar ki, yox idi.
Bayram günü olmasına baxmayaraq, tikintidə iş sürətlə davam edirdi. Fəhlələrin bir qrupu binanın daxilində işləyir, bir qrupu isə hasar çəkilişi ilə məşğul idi. İş icraçısı Çingiz Əlyarovla görüşürük. O bildirir ki, əvvəllər tikintidə 70-dən çox fəhlə olub, bu gün isə 45-ə yaxın fəhlə işləyir. Onların əksəriyyəti yerli sakinlərdir. Artıq binada tamamlama işləri görülür. 600 yerlik bu məktəb binası, yəqin ki, yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açacaq. Yeni məktəbdə şagirdlər müasir tipli tədris ocağı ilə qarşılaşacaqlar. 30 sinif otağı, müxtəlif fənlərin tədrisi üçün kabinetlər, laboratoriya, kitabxana - bir sözlə, əsl mənada yeni məktəb inşa edirik. Bu məktəb binası bir növbəli tədris üçün imkan yaradacaqdır.
İndi məktəbin hasara alınması işi başlanır. Məktəbə su çəkilməsi də bu yaxınlarda başa çatacaq. Müəyyən məsəllər var ki onlar ilkin smetaya salınmamış, sonradan ortaya çıxmışdır. Tikinti materiallarımızdan hec bir problem yoxdur. Məktəbin yaxınlığında qoyulmuş yarımstansiya onun elektrik enerjisi ilə fasiləsiz təminatına imkan yaradacaq. Burada quraşdırma işi tamamilə qurtarmışdır.
Sonra fəhlələrlə görüşürük. Onlar Qəçrəş kəndinin sakinləridir. Hamısı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma minnətdarlıqlarını bildirirlər. Deyirlər ki, Allah ona kömək olsun, evimizin içində iş tapmışıq, balalarımıza çörək pulu qazana bilirik.
Burada yeməyimiz pulsuzdur. Kifayət qədər də əmək haqqı alırıq. Maarif Əlirzayev deyir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini bütün kənd camaatı ürəkdən dəstəkləyir. Biz yaxşı bilirik ki, bu məktəb də, rayonumuzda başlanmış böyük quruculuq işləri də məhz dövlət başçımızın həyata keçirdiyi tədbirlərin nəticəsidir.
Uşaqlarımız bu məktəbdə oxuyur. Doğrusu, əvvəlki məktəbdə dərs aparmaq çox çətin idi. Uşaqlar məktəbə getmək istəmirdilər. İndi isə bu üçmərtəbəli müasir bina istifadəyə veriləcək. İnanırıq ki, təhsilin keyfiyyəti yüksələcək. Uşaqlarımız da yaxşı təhsil alacaqlar. .
Sonra kənd adamları ilə görüşürük. Kənd bələdiyyəsinin üzvü Mənsur İbrahimov bildirir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən bu təhsil ocağı Qəçrəş kənd sakinlərinə ən böyük hədiyyədir. Qəzet vasitəsilə kənd əhalisinin minnətdarlığını Mehriban xanıma çatdırmağınızı xahiş edirik.
Kənd sakini Fazil Calahov da eyni sözləri dedi. Bildirdi ki, 50-ci illərin sonlarında çiy kərpicdən tikilmiş köhnə məktəb qəza vəziyyətində idi. Bu gün adam öz gözlərinə inanmır. Uzaq kənddə belə gözəl məktəb binasının tikintisi ölkə Prezidentinin təhsilə böyük qayğısının nəticəsidir.
Kimi dindirdiksə, hamı beləcə razılıq dolu ürək sözlərini bildirdi. Hamı da Mehriban xanımdan, Heydər Əliyev Fondunun fəaliyyətindən razılıqla danışdı.
Bəli, yeni dərs ilində Qəçrəş kəndinin müəllim və şagirdləri yeni məktəbə təşrif buyuracaqlar.
Xalq qəzeti.- 2006.- 22 iyun.- № 137.- S. 7.