Heydər Əliyev Fondunun vəsaiti ilə yeni məktəb binası tikilir
Biləsuvar şəhərində Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının növbəti mərhələsi çərçivəsində 200 yerlik yeni məktəb binasının tikintisi sürətlə gedir. Rayon təhsil şöbəsindən bildirmişlər ki, inşaat işlərinə 50 nəfər cəlb edilmişdir. Podratçı "Biləsuvar Aqrotikinti" Açıq Tipli Səhmdar Cəmiyyəti obyekti bu ilin oktyabrında təhvil verəcəkdir. Yeni binada 12 sinif otağı, kitabxana və fənn kabinetləri olacaqdır.
Xalq qəzeti.- 2006.- 15 avqust.- № 182.- S. 3.