Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Azərbaycanın birinci xanımı Türkiyə Baş nazirinin xanımı ilə görüşmüşdür


Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində noyabrın 13-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan ilə görüşü olmuşdur.

Əvvəlcə Mehriban Əliyeva, Əminə Ərdoğan və qızı Sümeyye Ərdoğan xatirə şəkli çəkdirdilər.

Sonra Azərbaycanın birinci xanımı və Türkiyə Baş nazirinin xanımı çay süfrəsi arxasında söhbət etdilər.


Xalq qəzeti.- 2013.- 14 noyabr.- № 250.- S. 5.