"Türk dünyasının ilkin sevgi və dostluq elçisi"
Mehriban Əliyeva Türkiyənin "Kanal-7" televiziyası və Beynəlxalq "Först-Biznes" jurnalının "Zirvədəkilər-2005" mükafatına layiq görülüb
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Türkiyənin "Kanal-7" televiziyası və Beynəlxalq "Först-Biznes" jurnalının "Zirvədəkilər-2005" mükafatına layiq görülüb. Bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu məlumat verib. Mükafat Mehriban Əliyevaya "Türk dünyasının ilkin sevgi və dostluq elçisi" nominasiyası üzrə verilib. Bu mükafata Mehriban Əliyeva ilə yanaşı, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, Türkiyənin ekologiya naziri Osman Təpə, Türkiyə İqtisadi Əməkdaşlıq Agentliyi (TİKA) başqanı Hakan Fidan, məşhur iş adamları layiq görülüb. Mükafatın təqdimetmə mərasimi mayın 17-də İstanbulun "Kaya Ramada" otelində keçiriləcək. Mehriban Əliyevanın mükafatı İ. Nəbioğluna təqdim olunacaq.
Səs.- 2006.- 16 may.- № 87.- S. 2.