Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Balakəndə yeni məktəb inşa etdirir


Balakən rayon İcra Hakimiyyətindən bildirmişlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq, rayonun Talalar kəndində inşa edilən 240 yerlik yeni məktəb binasının tikintisində son tamamlama işləri aparılır. Tikintini həyata keçirən inşaatçı Tikinti-quraşdırma və mexanizasiya müəssisəsi smeta dəyəri 650 milyon manat (130 min AYM) olan yeni təhsil obyektinin inşasını yanvarın sonunadək başa çatdırmağı planlaşdırır, Yeni məktəb binasında 13 sinif otağı, habelə xidməti otaqlar olacaqdır.

Xatırladaq ki, hazırda Talalar kəndində fəaliyyət göstərən 2 məktəbdən birinin binası tam yararsız vəziyyətdədir.


Respublika.- 2006.- 7 yanvar.- № 2.- S. 1.