Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Litva Prezidenti Valdas Adamkus ilə görüş


AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 3-də, YUNESKO-nun illik hesabat yığıncağından sonra Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xoşməramlı səfir, Litvanın Prezidenti Valdas Adamkusla görüşmüşdür. Söhbət zamanı Mehriban xanım Əliyeva son illər ərzində Azərbaycanda mədəniyyət sahəsində görülmüş işlərdən, Heydər Əliyev Fondunun bu yöndə fəaliyyətindən danışmışdır.

Azərbaycana etdiyi səfərini xatırladan Valdas Adamkus onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, bu səfərdən yüksək təəssürat aldığını xüsusi vurğulamışdır. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirən dövlət başçısı Prezident İlham Əliyevi və Mehriban xanımı Litvaya səfərə dəvət etmişdir.

Mehriban xanım Əliyeva bu dəvəti Azərbaycan Prezidentinin diqqətinə çatdıracağını bildirmişdir.


AzərTAc
2007, 3 aprel