Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu hesabına Qubada 21 məktəb binası tikilir


Heydər Əliyev Fondu hesabına hazırda Qubada 21 yeni məktəb binası inşa olunur. Müqayisə üçün deyək ki, keçmiş SSRİ dövründə Qubada bu qədər məktəb tikilməmişdi. Ona görə də bugünəcən rayonun bir sıra yaşayış məntəqələrində dərslər tədris üçün yararsız binalarda keçirilirdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəfələrlə Qubanın kəndlərini gəzmiş və təhsil ocaqlarının ağır vəziyyəti ilə yaxından tanış olmuşdur. Mehriban xanım kənd sakinlərinə və pedaqoji kollektivlərə vəd vermişdi ki, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirəcək.

İndi budur, fondun hesabına tikilən 21 kənd məktəb binasının 6-sı artıq hazırdır və onlar yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açdı. İqriqdə tikilmiş yeni məktəb binası 200, Səbətlər və Püstəqasım kəndlərində inşa olunmuş təhsil ocaqlarının hər biri 192, Xarovşa və Yenikənd məktəb binalarının hərəsi 140, Mirzəməmməd kəndində tikilmiş məktəb 100 şagirdin eyni vaxtda təhsil almasına imkan verir.


Heybətqulu Nəcəfov

Azərbaycan.- 2005.- 21 sentyabr.- № 219.- S. 6.