Prezident İlham Əliyev UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 17-də UNESCO-nun baş direktoru İrina Bokovanı qəbul ediblər.
Görüşdə İrina Bokovanın Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı yüksək qiymətləndirilib, forumun artıq ənənəvi olaraq keçirildiyi və tədbirə marağın ildən-ilə artdığı vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə UNESCO arasında uğurlu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Xalq qəzeti.- 2015.- 19 may.- № 105.- S. 5.