Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva ilin ictimai xadimi seçilib


Azmedia Araşdırmalar Mərkəzi (AAM) bu ildən başlayaraq, hər rüb respondentlər arasında müxtəlif nominasiyalar üzrə sorğular keçirməyə başlayıb.

AAM-dan APA-ya verilən məlumata görə, 1000 nəfər arasında keçirilən ilk sorğunun nəticələrinə görə, ilin hadisəsi Dünya Azərbaycanlılarının Qurultayı, ilin ictimai xadimi Mehriban Əliyeva, ilin diaspora lideri Söyun Sadıqov (Rusiya, "AZERROS" cəmiyyəti), ilin diaspora qəzeti "Körpü" (Almaniya), "Azerros" (Rusiya), ilin informasiya agentliyi APA, ilin QHT-si Heydər Əliyev Fondu, ilin mədəniyyət xadimi Alim Qasımov, ilin hüquq müdafiəçisi isə Aslan İsmayılov seçilib. AAM növbəti sorğunun nəticələrini iyulun əvvəlində açıqlayacaq.


Səs.- 2006.- 3 may.- № 79.- S. 3.