Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Mehriban Əliyevaya "Rubinovıy Krest" ordeni təqdim olunacaq


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya "Metsenatı Stoletiya" Beynəlxalq Xeyriyyə Fondunun təsis etdiyi ”Rubinovıy Krest” ordeni təqdim olunacaq.

Ordeni Mehriban Əliyevaya oktyabrın 11-də Bakıya səfər edəcək, Parisdə fəaliyyət göstərən Rusiya Soydaşları Beynəlxalq İttifaqının İdarə Heyətinin sədri, qraf Pyotr Şeremetyev təqdim edəcək. Məlumatı APA-ya Azərbaycanın Rus İcmasından bildiriblər. İcmanın dəvəti ilə Fransadan gələn qraf Şeremetyevi İttifaqın icraçı direktoru Veçeslav Durnev, Moskva hökumətinin üzvü və digər şəxslər müşayiət edəcək. Səfərin məqsədi Azərbaycanla və burada yaşayan rus icması ilə tanışlıqdır. Qonaqlar Azərbaycanda oktyabrın 11-14-də qədər olacaq, müxtəlif görüşlər keçirəcək, regionlara, o cümlədən İsmayıllı rayonunda malakanların kompakt yaşadığı İvanovka kəndinə səfərlər edəcəklər.


Səs.- 2005.- 6 oktyabr.- № 191.- S. 3.